Araşdırmalar və layihələr.

MDB ölkələrinə ixrac fəaliyyəti sayəsində, ALMET şirkəti mürəkkəb və cəld inkişaf edən bazarlarda keyfiyyət, estetika və funksionallıq tələblərinə cavab verən yeni, təkmilləşdirilmiş məhsulların daima araşdırılmasına və yeni layihələrin həyata keçirilməsinə can atır.

Şirkətimiz sistemlərin istehsalı və işlənib hazırlanması üzrə maliyyə investisiyalarına və yeni texnologiyalardan, həmçinin tam inteqrasiya olunmuş prosedurlardan istifadə etməyə davam edir.

Almet  öz sistemlərini daima müxtəlif konstruktor və texnoloji yeniliklərlə təkmilləşdirir və bu zaman öz müştərilərinin daima dəyişən tələblərinə uyğunluğu təmin edir. Almet şirkətinin texniki heyəti layihənin satışı və realizasiyası sahəsində kompleks xidmətlərin təmin olunması üçün tam hazırdır və xüsusi hazırlıqdan keçmişdir.