AZ EN RU

Yeni Oniks Fontanlar Artiq Satişda!

Oniks –   naxışları  ilə  şaxtanın  şüşə  üzərində  yaratdığı  cizgiləri   xatırladan  eksklüziv   materialdır,  heç   bir   zaman  təkrarlanmır,    çoxlaylı  struktur  və    rəng  ahəngi  daşın  hər  bir  layına  çalar  müxtəlifliyi  verir. Bu  təbii  daş– işığın  özündən  qismən   keçməsinə  imkan  verən  çox  gözəl dekorativ  xüsusiyyətlərə  malik     nadir  təbii  materialdır.  Bizim  dövrümüzdə   ONİKS  FƏVVARƏLƏRİ  evlərdə,  ofislərdə,  banklarda,  mehmanxanaların   salonlarında, iri  mağazaların  istirahət  yerlərində  quraşdırırlar, belə  ki, bu, həm də  çox yaxşı və gözəl hava  nəmləndiricidir.  Qeydi-adi  rəng çalarları  bu  xüsusiyyətlərlə  ahəngyaradaraq, oniksdən  interyerdə  eksklüziv  aksent  kimi   istifadə  etməyə   imkan  verir. 

İndi isə  sizə  bir  qədər  oniksdən  bəhs  edəcəyik.

Oniks –  adətən  ağ və qara  və ya  tünd  boz  olmaqla  müxtəlif  rəngli   hamar  paralel  laylara  malik  əqiqdir.  Daşın  adı  yunanca  sözü  “onychos”  götürülmüşdür və  “dırnaq”  deməkdir.  Ərəb  dilindən  tərcümədə  isə   “oniks”  “qəm, kədər”  Növ müxtəlifliyi: oniks-  müxtəlif  rəngli  hamar  paralel  layların bir-birini  əvəz  etdiyi  əqiq;   layların  çalarlarına  görə  ayırırlar: ərəb  oniksi (və ya əsil  oniks) -  qara  və  ağ  laylar;  karneoloniks -   qırmızı və  ağ; sardoniks -  qonur və  ağ; xalsedononiks -  boz  və  ağ;  oniks  əqiqi –  boz  rəngin   müxtəlif  çalarları (bu  növ  müxtəlifliyinə  çox  nadir  hallarda  təsadüf  edilir).

Əfsanəyə  görə  Yerusəlimdə  yerləşən   Solomon  məbədinin divarlarında pəncərələr  yox  idi, ancaq bu  divarlar  daşdan  tikildiyinə  görə   kifayət  qədər  işıq   buraxırdılar.  Səmərqənddəki   Qur-Əmir   mavzoleyində   daxili  məkanların  bəzəyi bu  daşla  işlənmişdir.  Oniks  daşları  qədim  zamanlardan  məlumdur  və  geniş  şəkildə  tətbiq  olunur. Qliptikanın  inkişaf etdiyi   dövrdə   məhz  onikslər  məmulatlar  üçün  əsas  material  rolu  oynayırdı. Nəzərə  almaq lazımdır  ki,  mərmər  oniks  adlandırılan   daşın   laylılıq  xüsusiyyəti  istisna   olmaqla, əsil  oniksə heç bir aidiyyəti yoxdur. Oniks  əqiqlərə çox  yaxındır, onların  fəslinə  aid   daşdır.

Oniksin  rəngi  açıq  qəhvəyi  rəngdən  tünd  qəhvəyi   rəngə  qədər  dəyişir. Oniksin  3-4  sm  dərinliyə  qədər  işıq  saçan  və  bir-birini əvəz edən  çəhrayı  və  qızılı-qəhvəyi   zolaqlar  şəklində   çox  gözəl  incə   cizgilərə   malik   şəffaf   növləri də  məlumdur. 

Kolumba  qədərki  Amerikanın  hindularında  -asketlərdə  işıq  salan yaşılımtıl - sarı mərmər   oniks   müqəddəs  hesab  edilirdi.  Oniksin  fərqləndirici  cəhəti  qırmızı,  ağ, qonur, qara  zolaqların olmasıdır.  Hesab  edilir  ki,   zolaqlar  nə  qədər  incə  olsa, mineral bir  o  qədər  yüksək  dəyərə  malik   olur.  Şəffaf  və  qeyri-şəffaf   kristallara  rast  gəlmək  mümkündür.

ONİKSİ  natiqlərin  daşı  adlandırırdılar, proseslər  zamanı   auditoriyanı  öz  gözəl və aydın danışma qabiliyyətinə  heyran etmək  üçün  onu  dilin  altına  qoyurdular.  
Beləliklə, Sizə və  yalnız  Sizə  hansı  fəvvarənin  lazım  olduğuna  qərar   verin  və  unutmayın ki, bu  sizin  yaxınlarınız  və  əzizləriniz  üçün  ən  orijinal, müasir və  çox  gözəl  hədiyyədir!