AZ EN RU

almet

ALMET METALMƏDƏNİMƏİŞƏT ASC  ― bir əsrlik tarixə və ənənələrə malik dinamik inkişaf edən çoxprofilli şirkətdir. 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində kustar emalatxana və artellər bazasında təşkil edilmiş müəssisə, 1978-ci ildə “ METALLOKOMBİNAT” 150-dən artıq xalq məişəti məmulatları buraxan zavod statusu aldı və “ METALLOKULTBIT” adlandırıldı,2002-ci ildə isə  adı dəyişdirilərək  “METALMEDENİMEİŞET” Açıq Səhmdar Cəmiyyəti oldu.Bu illər ərzində METALMƏDƏNİMƏİŞƏT ASC daim inkişaf edərək, öz strukturunu təkmilləşdirərək çoxşahəli bir müəssisəyə çevrilmişdir. Şirkət əlvan metaldan tökmə üsulu ilə yüzlərlə məhsullar istehsal edərək illərdiki Azərbaycanın inşaat bazarının metal sektorunda  “ ALMET ” markası altında öz liderlilik pozisiyasını qoruyub saxlayır.

Bu uzun illəri əhatə edən uğurlu fəaliyyətimiz nəticəsində bizim şirkət böyük təcrübə və müştərilərin rəğbətini qazanmışdır.Şirkətimiz müştərilərə beynəlxalq standartlara cavab verən çeşidli və keyfiyyətli ,qeyri adi işləmələri olan fərqli məhsullar təqdim edir.


Şirkətimizin əsas prioritet məqsədi Bakımızın və Respublikanın inkişafında, gözəlləşməsində iştirak etmək,qarşiya qoyulan  məqsədlərin öhdəsindən layiqincə gəlməkdir.

                                                         METALLA SƏNƏTİN GÖRÜŞDÜYÜ YER ― ALMET ..