AZ EN RU

İnteryerin Fitodizaynı

Evin  fitodizaynı -  bu,  mənzilinizin  interyerinə  fərdi  görünüş  vermək  üsuludur. Otaq  bitkiləri və  yaxşı  düşünülmüş  fitodizayn  olmadan  ev  əksər  hallarda darıxdırıcı  və  yeknəsək  görünür.  Bu, əsasən  də  qışda  özünü  büruzə  verir.  Bu, xüsusilə də  isti rənglərin və  yaşıllığın  çatışmazlığını  hiss  etdiyimiz  qış  mövsümündə  daha  mühüm  əhəmiyyət  kəsb edir.  Əgər  siz  çiçəkçilik üzrə mütəxəssis  deyilsinizsə, bu zaman  öz  evinizi  yaşıllaşdırmaq  üçün  yaxşı  olardı  ki,  yalnız  dizayn  qanunlarının deyil, həm də  bitkilərin  fizioloji  xüsusiyyətləri də  nəzərə almaqla  sizin  evinizin  fitodizaynının layihəsini  hazırlayacaq mütəxəssislərə  müraciət  edəsiniz. 

                                         


Qonaq  otağı -  evinizin  simasıdır,  məhz  burada  siz  öz qonaqlarınızı  qəbul  edirsiniz, onun  necə  görünməsindən  asılı  olaraq, sizin  və  evinizin haqqında  fikir  formalaşır. Burada  ev  sahiblərinin  qonaqpərvərliyini  və  incə  zövqünü  vurğulayan  xoş və  isti  abu-hava  hökm  sürməlidir.

Böyük  qonaq  otağı  üçün  məkanı  bir  neçə  funksional  zonalara  bölən  “canlı arakəsmələr” kimi  istifadə  edilə  biləcək  hündür  yaşıl  bitkilər  ideal  həll   variantı  ola  bilər.  Çox  sayda  insanların  olduğu  və  səs-küylü  kiçik  qonaq  otaqlarında  bitkiləri  müxtəlif  səviyyələrdə -  altlıqların, rəflərin və  döşəmənin  üzərində  yerləşdirmək  tövsiyə  olunur – beləliklə   xoş  dalğavarı  effekt  yaradılır  və  insan  həm  ayaq  üstə  olarkən, həm də  istirahət  edərkən  bitlilər  hər  zaman  onun  gözünün  qarşısında  olur. 

Maraqlı  variant -  çiçək  vitrinləri. 

Onlar  ənənəvi  olaraq  şüşə  qapılı taxçalar  və ya  rütubətli  atmosferi  xoşlayan  tropik  bitkilərin  toplandığı  terrarilərdən  ibarətdir.  Ancaq  biz  bundan  başqa  Sizə  prinsip  etibarilə   yeni  fərqli bir  şey -  ayrıca  işıqlandırma  ilə divarda, masa  və  döşəmə  üzərində  oazislər  təklif  etməkdən  məmnunluq   hissi  duyuruq.  Onlar  şamotdan (odadavamlı  gil)  hazırlanmışdır  və  onlara  qulluq  etmək  çox  asandır.  Bu cür  qeyri-adi  oazis  ciddi  interyeri  canlandıra  və  hətta  pəncərələri  olmayan  məkanlarda  belə  istənilən  darıxdırıcı  divarı  bəzəyə  bilər.

Bundan  başqa  daha  bir  neçə  məsləhət  də  vermək  mümkündür.

Tək  bitki  öz  forması  ilə  diqqəti  cəlb  etməlidir;  adi  bitkiləri  bir  kompozisiyada  qruplaşdırmaq  daha  yaxşı  olar. Mütənasibliyi  qorumaq  çox  vacibdir:  böyük  otaqlarda  iri  bitkiləri  yerləşdirmək  lazımdır.  Üslubu  qorumaq  böyük  əhəmiyyət  kəsb  edir:  çılpaq  gövdəli  və  sərt  yarpaqlı   dekorativ  bitkilər  (məsələn, haşiyələnmiş  drasena)  antik  mebelə  nisbətən  müasir  şəraitə  daha  çox  uyğun gəlir.  Bitkilərdən yaradılan  kompozisiyalar   müəyyən  fokus  nöqtəsi –  yalnız onların zahiri  görünüşünü  vurğulayan  digər  bitkilərin fonunda  bir və  ya  bir   neçə  bitkinin  ətrafında  təşkil   edildikdə  daha  yaxşı  görünüşə  malik  olur. 

Sonuncu  qayda  yaşayış  otaqlarında  bitkilərə  daha  çox  yer  verilməsinə qarşı  xəbərdarlıq  edir (biz  burada  qış  bağçasından  bəhs  etmirik): sizin qonaq  otağınız  gül  mağazası  deyil.

Biz  sifarişçilərə məsləhət  verir,  peşəkar  layihələr,  evlərin və  mənzillərin  yaşıllaşdırılması,  sonradan  xidmət  göstərilməsi  ilə  qış  bağçalarının  yaradılması və  abadlaşdırılmasını  təklif  edirik. 

Bütün məsələlər üzrə:  +994125651626 telefonuna müraciət edin