AZ EN RU

Bitkilərə Qulluq

Gec – tez belə bir sual meydana çıxır: Bəs sonra bağın axırı necə olacaq? Bəzən hətta sifarişçi “minimalizm”i ona görə xahiş etmir ki, bu asketik üslub onun qəlbinə xoşdur, ona görə ki, əmindir  - güllüklərə qulluğun öhdəsindən gələ bilməyəcək.

Sizi sevindirməyə tələsirik, bizim çox səriştəli və savadlı bağbanlarımız var, deməli, özlərinin hazırki vəzifələrinin öhdəsindən nəinki uğurla gəlir, həm də, lazım gəldikdə dizayner məsələlərini  də həll edirlər – yaylıq və ya soğanaqlı bitkilərdən güllüklərin yaradılması, qarışıq bordyurların yenilənməsi və s.

Sahənin nümunəvi qaydada saxlanılması üçün bağbana həftədə iki-üç dəfə gəlmək kifayətdir. Əgər Siz böyük bir malikanənin sahibisinizsə, bu zaman  Sizə daimi iş üçün bir və ya hətta bir neçə nəfər lazım olacaq.

Avtomatik suvarma sisteminin mövcudluğunda bağbanın vəzifə dairəsinə adətən ot  örtüyünün müntəzəm olaraq biçilməsi, ona qulluq (əlavə gübrələrin verilməsi, havalandırılma, əlavə əkmə, dırmıqlama, torpağın yumşaldılması və s.), çoxillik, yaylıq və soğanaqlı bitkilərə cari və mövsümi qulluq, cərgəarası alaq etmə, kolluqların kəsilməsi (qayçılanması), əlavə gübrənin verilməsi, ziyanvericilərlə mübarizə və bitki  xəstəliklərinə qarşı tədbirlər, qışa hazırlıq üçün bitkilərin örtülməsi daxildir.

Bütün məsələlər üzrə:  +99412 565 16 26 telefonuna müraciət edin.