AZ EN RU

Qış Baxçalarının Dizaynı

İnteryerin  tərtibatının   ən  mürəkkəb  və  dekorativ   növlərindən  biridir.  O,  insanların  əhval-ruhiyyəsinin  yaxşılaşmasına  səbəb  olur, iş  günündən  sonra  əsəb gərginliyini  aradan  qaldırır, insanlara  sevinc  bəxş  edir, məkanı  gözəlləşdirir, mükəmməl  istirahət  yeri  rolunu  oynayır.

Bitkilər  qış  bağçasında  hərdən  kiçik  memarlıq  elementləri ilə  uyğunlaşdırılaraq  yerləşdirilir.  Daş  və  su  həmçinin  dekorativ  elementlər  roluna  da  oynaya  bilər.

Qış  bağı  uçun  ayrılan  məkanlarda   bitkilərin  normal  böyüməsi  və inkişafı  üçün   zəruri  şərait  yaradılmalıdır:  lazımi  temperatur  və  işıq  rejimi,  havanın  müəyyən  rütubətə  malik  olması,  bitkilərin  becərilməsi  üçün  müvafiq  qulluq  və düzgün  aqrotexniki   tədbirlərinin  görülməsi.  Ancaq  qış  bağının  müvəffəqiyyətlə yaradılması üçün  ən başlıca şərt – şirkətimizin  mütəxəssislərinin toplayacağı  bitkilərin  assortimentinin  diqqətlə  seçilməsidir.

 Qış  bağ ilə kotteclərin  layihələri. Yalnız yaxşı layihələndirilmiş  və  həyata  keçirilmiş  qış  bağı, sakitlik, rahatlıq və  harmoniya  bəxş  edərək,  sizi  uzun illər  ərzində  özünün  təravətli  dekorativ  görünüşü  ilə  sevindirəcəkdir.


  • Qış  bağçalarının  dizayn və  layihəsi

Evdə  və  ofisdə olan  bitkilər  küçədəki  bitkilərdən  heç  də  az  sevinc  bəxş  etmirlər.  Qış  bağının  dizaynı  ilə  xüsusi  olaraq  məşğul  olmaq  lazımdır.   Çünki   işıqkeçirici  konstruksiyaların  quraşdırılması -  hələ  işin  yarısıdır,  ən  əsası -  rahat  yaşayış  sahəsinin  təşkil edilməsi və  effektiv  bitki  kompozisiyalarının  yaradılmasıdır.   Bu  da  landşaft  dizaynıdır, ancaq  məkanın  daxilində   yaradılan  dizayndır.


  • Qış Baxçalarının Layihələndirilməsi

Steklopaketlərin  quraşdırıldığı  təqdirdə, iş  aşağıdakı  qaydada  aparılır.  Əvvəlcə  ümumi  memarlıq-planlaşdırma  həlləri  işlənib  hazırlanır.   Landşaftda  olduğu  kimi, iki  eskiz  hazırlanır  ki, onlardan  da  ən müvafiq  olanı  seçilir.

Daha  sonra  qış  bağının  işçi  layihəsi  mərhələsi  başlayır.  Plan,  dendroplan  hazırlanır, interyer, zərurət  yarandığı  təqdirdə  isə  mühəndis  sistemləri:  isitmə,  havanın  kondisiyalaşdırılması, işıqlandırma  və avtomatik suvarma sistemləri işlənib  hazırlanır









  • Qış Baxçalarının Dizaynı

Bitkilər ya  ayrıca  dibçək  qablarına, ya  da  stasionar  həcmlərə  əkilə  bilər.  Qış  bağının  layihəsində  bütün  bunlar  öz  əksini  tapacaqdır.

                                                    

Tropik  interyerdə  qayalar,  bulaqlar,  şəlalələr  və  mağaraların  quraşdırılması  yerinə  düşür. Memarlıq  variantında  isə  - divarlara plastiklik  verən  pilyastrlar (bir tərəfi divara bitişmiş dördkənarlı  sütun), tağlar  və  taxçalar  işləmələr  yerinə  düşür.  Bitlilər  üçün  əla  fon  rolunu  oynayan  təbii  və  ya  süni  daşlarla  həyat  keçirilən  bəzək  işləri  olduqca  münasibdir.



  • Qış baxçalarının  yaşıllaşdırılması

“Cənnət  çadırlarını ” hər  bir  insan  özünəməxsus  şəkildə  təsəvvür  edir.  Ona   görə  də  bitkilərin   seçilməsi  üzrə  birmənalı  məsləhət  verilə  bilməz.   Palma və  sitrus   ağacları  ilə  ingilis  klassikası,  cəngəllik,  kaktuslarla  səhra  və ya  yapon  motivləri... İstənilən halda bitki  kompozisiyaları  məntiq və  mənaya  malik  olmalıdır.Biz  çox  böyük  məmnuniyyətlə  Sizi  bitkilərin  seçilməsinin  əsas  prinsipləri  ilə  tanış  etmək  istərdik. 


Bütün məsələlər üzrə:  +994125651626 telefonuna müraciət edin