Azərbaycan, Bakı, AZ1090
Xəzər regionu, Buzovna qəs., Qəsəbə küç. 24.
Müasir istehsalat, keyfiyyət tələblərinə cavab verən bədii tökmə.
Kataloqa keçidBiz ofis, bank və şəxsi villaların həm interyerləri, həm də eksteryerləri üçün nəzərdə tutulan məhəccərlərin, hasarların, fənər dirəklərinin, köşklərin (besedkaların), urnaların və digər aksessuarların bədii-dekorativ tökməsi ilə məşğul oluruq. Müəssisəmiz tərəfindən hazırlanan sənətkarlıq nümunələri alıcıları uzun müddət öz gözəlliyi və zərifliyi ilə sevindirəcəkdir.
Məhsulun keyfiyyəti istehsalatımızda sadiq qaldığımız unikal və innovativ boyama metoduna əsaslanır.
Ekoloji təmiz məhsullardan istifadə zəminində metalın kimyəvi emalı müştərilərə məhsullarımızdan demək olar ki, əbədi olaraq zövq almaq imkanı verir.
Müştərilərdən əldə edilən məlumatların operativ işlənməsi təyin olunan minimal vaxt ərzində məhsulu maksimal tez bir zamanda istehsal etməyə imkan verir.
Gələcək modelin eskiz variantlarının təsviri əvvəlcədən çəkilir. Bundan sonra, estetik tələblərin, konstruktiv aspektlərin, həmçinin istehsalat texnologiyasının nəzərə alınması şərtilə onların texniki çözümü işlənib hazırlanır, bu da lazımsız əmək xərclərindən və artıq maliyyə yatırımlarından yayınm
Sonra, əvvəlcədən təsdiqlənmiş eskizə əsasən üç ölçülü model qurulur ki, bu da yüksək dəqiqlikli və sürətli italyan CNC dəzgahlarında bir neçə ardıcıl mərhələdə frezlənir və model qəlibləri hazırlanır.
Frezlənmiş modellər tökmə sexinə daxil olur və burada alman avadanlığında formasını alır. Bundan sonra, təzyiq altında duralüminin xüsusi növündən əridilir. Hazır məhsullar yığılma, yağsızlaşdırılma və boyanmaya göndərilir.
Xüsusi laboratoriya şəraitlərində məhsulun bir sıra müxtəlif sınağı keçirilir: örtüyün xarici görünüşünə, örtüklərin fiziki-mexaniki xüsusiyyətlərinə və müxtəlif mühitlərin təsiri şəraitində örtüklərin keyfiyyətinə nəzarət. Məhsulların emalı və örtüklərinin keyfiyyətinə nəzarət Henkel Rus şirkətində
Yağsızlaşdırılmadan sonra səkkizbaşlı robotun köməyi ilə, avtomatik rejimdə toz boya ilə məhsulların boyanması icra olunur və bundan sonra, məhsullar 180-200° temperatur şəraitində polimerləşdirmə sobalarında qurudulmadan keçirlər.
ALMET məhsulları ixtisaslaşmış ustalar tərəfindən yüksək keyfiyyətli alüminium xəlitəsindən hazırlanır və ən yüksək hazırlama standartlarına cavab verir.
Son mərhələdə bütün məhsullar üçün çatlama, qırılma və ya yarılma ilə əlaqədar üç illik zəmanət təqdim olunur. Toz boya örtüklü məhsullarımız boyanma tələb etmir. Onlar hətta yüksək rütubətli sahilyanı regionlarda belə çürüməyəcək və ya paslanmayacaqdır.
Ən yüksək keyfiyyətə malik olan məhsullar tərəfinizdən göstərilən minimal texniki xidmət şəraitində üst təbəqənin deformasiyasına və ya çatlamasına yol verilmədən, uzun illər boyu istismarı təmin edir. Bizim standart tamamlama/bəzək işimiz – texniki standartlara cavab verən, sobada hazırlanmış toz b
ALMET rəqabətədavamlı qiymətlərlə mükəmməl keyfiyyət təqdim edir. Bu isə bizi məhdud büdcə şəraitində arxitektor, podratçı və ya daşınmaz əmlak sahibləri üçün ideal tərəfdaş edir.
ALMET şirkətinin məhsulları istənilən növ təyinata malik binaların ümumi stilistikasını dəyişmədən onların xarici görünüşünü tamamlayacaq və təkmilləşdirəcək.
Polad və dəmir-beton sistemlər alış zamanı alüminiumdan ucuz ola bilsə də, onlar tez paslanmağa başlayır ki, bu da məhsulun xarici görünüşünü korlandırır və təmir, həmçinin təkrar boyama ilə əlaqədar texniki xidmət xərclərini artırır.
Şirkətimiz sifarişin həcmindən və mürəkkəbliyindən asılı olmadan hər bir müştəriyə fərdi yanaşma təmin edir.
Siz öz unikal çertyojunuza və ya məhsulun fotoşəkilinə əsasən təxmini hesablamalar əldə edə bilərsiniz.
AZ
Azərbaycan, Bakı, AZ1090
Xəzər regionu, Buzovna qəs., Qəsəbə küç. 24.